25 Noyabr 2020 00:56
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda iki yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, avtomobil 2006-cı il təvəllüdlü Musayeva Nailə Niyaz qızını və onun həmyaşıdı Mikayılzadə Vüsalə Vüsal qızını vurub.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı N.Musayevaya bud sümüyünün sınığı, V.Mikayılzadəyə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.


Müəllif: Teleqraf.com