25 Noyabr 2020 16:26
601

Naftalan şəhərində itkin düşən şəxs axtarılır.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Naftalan şəhərinin Qasımbəyli kənd sakini, 19 yaşlı Sahil Əhmədov noyabrın 23-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

“Sahil Əhmədovun əlamətləri belədir: boyu 178 sm., gözlərinin rəngi qəhvəyi, qara saçlı. Evdən çıxan zaman əynində ağ zolaqlı qara köynək, tünd göy rəngdə gödəkçə, boz rəngdə idman şalvarı və idman ayaqqabısı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 02235-2-31-15 şəhər və (050) 673-13-05 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur, - deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov