Almaniya kansleri Angela Merkleinin ofisinin qapılarını avtomobili ilə zədələyən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, sadəcə ofisin qapıları zədələnib. Olayın təsadüfən baş verdiyi ehtimal olunur. Araşdırma aparılır.