27 Noyabr 2020 18:58
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yeni yaradılmış Gələcək Partiyasının sədri Ahmet Davutoğlunda koronavirus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bunu partiyanın sözçüsü Serkan Özcan deyib.

“Hazırda durumu yaxşıdır, evində istirahət edir. Cənab sədrimizə şəfa diləyirik”, - o qeyd edib.

Qeyd edək ki, A.Davutoğlu Türkiyənin xarici işlər naziri və baş naziri vəzifələrini tutub. O həmçinin 3 dəfə Ədalət və İnkişaf Partiyasından deputat seçilib.


Müəllif: Teleqraf.com