Daxili İşlər Nazirliyi Azərbaycan Tibb Universitetinin 3 tələbəsinin düşdüyü qəza ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, noyabrın 30-da saat 1 radələrində Xətai rayonunun Nobel prospektində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “BMW” markalı avtomobili aşırıb.
Nəticədə sürücü və sərnişinlərindən Ağcabədi rayon sakini Yeganə Məmmədova, Qəbələ rayon sakini Sahil Mustafazadə hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişən Sahil Mustafazadə ATU-nun Əczaçılıq fakültəsinin V kurs tələbəsi, Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi, Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olub. Hazırda həyatı uğrunda mübarizə aparılan İlkin Ağamirzəyev isə ATU-nun V kurs Müalicə Profilaktika fakültəsinin tələbəsidir.