30 Noyabr 2020 13:12
217

Saatlı rayonunda qanunsuz ov edənlər qarşı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 29-da Saatlı rayonu ərazisində qanunsuz ov edən Bakı şəhər sakini S.Şıxalıyev, Cəlilabad rayon sakini R.Nəzərov və Abşeron rayon sakini R.Tağıyev saxlanılıblar.

Onlardan “Stoeger”, “Salıx Arms”, “Escort Supreme Max” markalı 3 ədəd tüfəng, 6 ədəd patron və 56 çöl quşu aşkar edilib.


Müəllif: Hacı Zeynalov