1 Dekabr 2020 15:35
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verildiyi kimi, noyabrın 26-da Yasamal rayonu ərazisində Əli Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Yasamal Rayon Prokurorluğundan bildirilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 28 noyabr 2020-ci il tarixdə cinayəti törətməkdə şübhəli bilinən şəxs Abdullayev Həsənağa Fazil oğlu tutulub, 30 noyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər