Alman hökuməti Səudiyyə Ərəbistanına silah ixracına qoyulan qadağanı sərtləşdirərək 2021-ci ilin sonuna qədər uzadıb.
Teleqraf.com xəbər verir ki, məhdudiyyət digər Avropa ölkələri ilə ortaq şəkildə istehsal olunan silahlara şamil olunmur.
Məlumata görə, əvvəllər Səudiyyə Ərəbistanına silah ixracına verilən icazələr də ləğv ediləcək.
Yəməndəki müharibə və səudiyyəli jurnalist Camal Kaşıkçının öldürülməsi səbəbindən Berlin 2018-ci ildə Riyada silah ixracını dayandırmışdı. Alman hökuməti Səudiyyə Ərəbistanına silah ixracına qoyulan qadağanı bir neçə dəfə uzatmışdı.