4 May 2014 19:21
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın müşaviri Əli İhsan Arslan və sürücüsü avtomobil qəzası keçirib.

Teleqraf.com-un məlumatına görə, nəticədə müşavir və onun sürücüsü Nemətullah Uğurlu yaralanıb və dərhal Medipol Universitetinin xəstəxanasına çatdırılıb.

Baş nazir Ərdoğan xəstəxanaya gələrək müşavirinə baş çəkib.

İki saatdan çox xəstəxanada qalan Ərdoğan müşavirinin vəziyyəti ilə maraqlanıb. Səhiyyə naziri Mehmət Müəzzinoğlu və gənclər və idman naziri Çağatay Kılıç müşavir və sürücünün vəziyyəti barədə məlumat verib.

Kəmalə


Müəllif: