13 Dekabr 2020 11:14
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda Vətən müharibəsinin 20 yaşlı şəhidi dəfn edilib.

Rayonun Şorsulu kənd sakini, 2000-ci il təvəllüdlü şəhid Abbasov Əvəz Mais oğlunun nəşi doğulduğu kənd qəbristanlığında torpağa tapşırılıb.

Dəfn mərasiminədə şəhidin yaxınları ilə yanaşı, Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Ə.Abbasov müdətdən artıq hərbi xidmətdə qulluq edirdi.

Allah rəhmət eləsin! /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər