21 Dekabr 2020 11:44
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rayonun Gülövşə kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın sahibi və orada olanlardan 6 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.


Müəllif: Hacı Zeynalov