23 Dekabr 2020 13:35
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu Xırdalan şəhərində xüsusi karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki prospektlərdən birində fəaliyyət göstərən obyekt müəyyən olunub. Ora baxış zamanı kafedə olan 7 müştəri və obyektin sahibi saxlanılaraq polis idarəsinə gətiriliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi inzibati protokol tərtib edilib və cərimələniblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər