21 Oktyabr 2014 15:27
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı təkmil hüquqi baza mövcuddur”. Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, ölkədə vətəndaş cəmiyyəti inkişaf yolundadır. Onun sözlərinə görə, dövlətimiz üçüncü sektorun inkişafına davamlı olaraq dəstək göstərir:

“Bu gün ölkəmizdə yüzlərlə QHT fəaliyyət göstərir. Onların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Xüsusilə bu dəstəyin nəticəsi olaraq dövlət maliyyəsi vasitəsilə onlar müxtəlif layihələrini icra edə bilirlər. Ona görə də, QHT-lərin xarici donorlardan asılılığı əhəmiyyətli dərəcədə azalıb. Bütün bunlarla yanaşı, cəmiyyətimiz inkişaf edir və bu prosesə uyğun olaraq bu sahədə də qanunvericilik zərurət yarandıqca təkmilləşdirilə bilər. Bütövlükdə isə Azərbaycanda dövlət-QHT münasibətləri yüksək səviyyədədir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər