Mingəçevirdə karantin postunda xidmət aparan polis əməkdaşları şəhərə daxil olmaq istəyən “Kia” markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun koronavirus xəstəsi olduğunu müəyyən ediblər.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, sürücü - Ağdam rayon sakini Füzuli Əliyev COVID-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və Mingəçevir şəhərinə daxil olmaq istəyib.
Əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və həmin şəxs yaşadığı ünvana göndərilib.
F.Əliyev barəsində Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.