24 Dekabr 2020 09:42
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 23-də respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlardan 23-ü yaşadıqları evə qaytarılıb, ağır xəstə olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər