21 Oktyabr 2014 18:31
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən Milli Şuranın üzvü kimi qalıram. Amma neçə müddətdir ki, iclaslara qatılmırdım. Buna səbəb həm şəxsi işlərim, həm də xaricdə səfərdə olmağımdır”.

Bunu Milli Şuranın üzvü, professor Əli Abbasov deyib. Onun sözlərinə görə, yalnız dəvət olunduğu iclaslarda iştirak edir: “Milli Şurada vəziyyət əvvəlki kimidir. Yəni heç bir dəyişiklik yoxdur və müşahidə edilmir. Bu da insanları bezdirir, darıxdırır. Normalda nə isə eləmək lazımdır, dəyişiklik vacibdir”.

Milli Şuradakı istefalara toxunan Əli Abbasov deyib ki, bunu təbii qarşılamaq lazımdır: “Çoxları Milli Şurada olmaq istəmir, çünki vəziyyət yaxşı deyil. Dəyişikliklər olmalıdır. Dəyişiklik olmayanda insanlar təbii olaraq darıxır. Bu zaman da hansısa addımlar atır”.

Əli Abbasov Müsavat və KXCP-nin yaratdığı Demokratiya və İnsan Hüquqları Mərkəzi haqqında da danışıb və deyib ki, bu qurum daha çox 2015-ci il parlament seçkilərinə hesablanıb: “Ancaq mən indiyə qədər siyasi məsələlərlə maraqlanmamışam və heç kimlə də görüşməmişəm. Ona görə də, nə baş verdiyini təfsilatı ilə bilmirəm”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər