Daxili İşlər Nazirliyi şənbə günü paytaxtda baş verən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, dekabrın 26-da saat 19 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Tağıyev idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini İkram İsmayılovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bundan başqa, həmin gün, saat 16 radələrində Yasamal rayonunun Bakı-Kənar dairəvi yolunun 1-ci km-də Bakı şəhər sakini M.Nəğdi idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Şirvan şəhər sakini Zərnigar Şəkərlini vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Oxşar hadisə həmin gün, saat 20 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində də qeydə alınıb.
Qəsəbə sakini N.Osmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Tamella Alışanbəylini vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bütün faktlarla bağlı araşdırma aparılır.