Dağıstan Respublikasında 4,6 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentrinin Dərbənddən 21 km şimal-qərbdə olduğu qeyd olunub.
Zəlzələ ocağı təxminən 10 km dərinlikdə yerləşib.