Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayer oktyabrın 22-23-də Azərbaycanda rəsmi səfərdə olacaq. XİN-in mətbuat xidmətindən Teleqraf.com-a veriolən məlumata görə, səfər çərçivəsində Frank-Valter Ştanmayerin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Oktyabrın 23-də baş tutacaq görüşdən sonra xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.
Səxavət