Gəncədə daha bir həkim koronavirusdan dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Xatirə Əliyeva Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.Məlumat üçün bildirək ki, X.Əliyeva Gəncə şəhər Yolxucu Xəstəliklər Xəstəxanasında uzun müddət çalışıb.
Koronavirus infeksiyasının yayılmasından sonra Gəncədə xüsusi xəstəxanada virusa yoluxan xəstələrin müalicəsini aparıb.