5 Yanvar 2021 11:17
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Kərimli kəndi ərazisində yerləşən çayxananın xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Həmin obyektə baxış zamanı orada olan müştərilər və çayxananı işlədən kənd sakini İmran Haşimovun sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları məlum olub.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər