Bakının Binəqədi rayonu ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon sakini E.Qasımov idarə etdiyi “KİA” markalı avtomobili qarşıda gedən “UAZ” markalı avtomobilə vurub.
Nəticədə E.Qasımovun sərnişini olan qardaşı hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.