Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 4-də şəhər ərazisindəki evlərin birindən 1800 manat pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda, habelə həmin evin bir otağında tavan, döşəmə, şkaf, yataq dəsti və geyim əşyalarını yandırmaqda şübhəli bilinən şəhər sakini E.Həsənov saxlanılıb.