9 Yanvar 2021 10:21
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Yergüc kəndi ərazisində yerləşən çayxananın mövcud karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 18 müştərinin və obyekt sahibi İ.Gülməmmədovanın sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər