10 Yanvar 2021 13:58
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Ağdaş rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də rayon ərazisində xətt avtobusunda Mürsəl kənd sakini G.Əliyevanın çantasından içərisində 338 manat və sənədlər olan pulqabısını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini S.Həsənova saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov