Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad şəhər sakini E.Xudiyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 11 kiloqram 275 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.