12 Yanvar 2021 10:18
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Bakıxanov qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Məcnun" kafesini aşkarlayıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, obyektin fəaliyyəti dərhal dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi vətəndaş Firdovsi Quliyev və daha 8 müştəri saxlanılaraq ərazi üzrə Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gətirilib.Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər və onlarla profilaktik söhbətlər aparılıb.

Kafenin sahibi F.Quliyev isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara əməl etmədiyinə görə onun barəsində də İnzibati Protokol tərtib edilib və obyekt sahibi 4 000 manat miqdarında cərimə olunub.


Müəllif: Hacı Zeynalov