13 Yanvar 2021 12:05
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Astara rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Orxan İbrahimov və Sədi Məmmədov saxlanılıb.

Onların hər ikisinin üzərindən narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Davam etdirilən əməliyyat tədbirləri ilə onlara narkotik vasitəni satan şəxsin Astara şəhər sakini İmran Məmmədov olduğu müəyyən edilib və o, saxta 100 ABŞ dollarını satarkən saxlanılıb.

İ.Məmmədovun üzərindən və yaşadığı evdən ümumilikdə 810 qram narkotik vasitə qurudulmuş marixuana, 74 qram psixotrop maddə metamfetamin, 13 ədəd 100 ABŞ dolları, 2 ədəd 100 manatlıq, 6 ədəd 50 manatlıq, 20 ədəd 20 manatlıq saxta pul əsginasları və 1 ədəd gecəgörmə cihazı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər