13 Yanvar 2021 14:00
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik alveri ilə məşğul olan Məhəmmədi kənd sakini, əvvəllər məhkum olunmuş N.Rəhimov saxlanılıb.

Onun yaşadığı evə baxış zamanı 5 kiloqram 616 qramdan artıq heroin, 2 kiloqram 316 qramdan artıq metamfetamin və 2 kiloqram 306 qramdan artıq marixuana aşkar edilib.


Müəllif: Hacı Zeynalov