13 Yanvar 2021 14:52
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda faciəli hadisənin törədilməsində təqsirli bilinən 1981-ci il təvəllüdlü Rəşad İmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Rəşad İmanov sərxoş vəziyyətdə idarə etdiyi VAZ-21074 markalı avtomobili yaşadığı evin həyətinin girişində saxlayıb.

Bu zaman avtomobilin arxa tərəfi sürüşərək çökəyə düşüb. Onun səsinə çölə çıxan arvadı Eminə İmanovaya avtomobilin qabaq sağ təkərinin arxasına daş qoymasını bildirib. Eminə İmanova avtomobilin qabaq sağ təkərinin arxa hissəsinə daş qoyub.

Daha sonra Rəşad İmanovun arvadı arxadan maşını tutaraq çəkəkdən çıxmasına köməklik etmək istəyib.

Bu vaxt avtomobil yenidən arxaya sürüşdüyündən Eminə İmnaova avtomobillə daş divar arasında sıxılaraq qalıb. Qonşuların köməkliyi ilə Eminə İmanova oradan çıxarılıb və Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Nəticədə Rəşad İmanov ehtiyatsızlıqdan Eminə İmanovanın ölümünə səbəb olub.

İstintaq orqanı tərəfindən Rəşad İmanovun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrlik etdiyi kollegiyada baxılıb.

Rəşad İmanov 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər