14 Yanvar 2021 12:26
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göranboy rayonunda polis əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Goranboy rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Azad kənd sakini A.Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 46 qram tiryək aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 923 qram marixuana götürülüb.

Bundan başqa, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Quliyev 4 qrama yaxın metamfetamini satarkən cinayət başında yaxalanıb.

Polis əməkdaşlarının onun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oradan 1 kiloqram 815 qram heroin də aşkar edilib.

İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Lahıc qəsəbə sakini İ.Mövlamovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov