14 Yanvar 2021 14:37
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rzayev həbs edilib.

Ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov