İranlı idmançı Əhməd Bağırpur qızıl medalını Dağlıq Qrabağda məhv edilən erməni karateçinin ailəsinə verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, karate üzrə Ermənistanın 12-ci açıq çempionatında birinci yeri tutan İran idmançısı Əhməd Bağırpur qızıl medalını Dağlıq Qarabağda həlak olan erməni karateçi Artur Sukiasyanın ailəsinə hədiyyə etmək qərarına gəlib.
İranlı idmançının qərarı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçilərinə görə, Əhməd Bağırpurun əli azərbaycanlıların qanına batmış və buna görə haqlı cəzasını almış bir separatçının ailəsinə göstərdiyi “qayğı” Azərbaycana nifrətin ifadəsindən başqa heç nə deyil.