18 Yanvar 2021 13:11
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Xəlilov həbs olunub.

Ondan “AK-74” markalı avtomat, 1 ədəd patron darağı və 37 ədəd patron aşkar edilib.

Bundan başqa, Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakıxanov qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Balakişiyevin evinin zirzəmisinə baxış zamanı oradan nömrəsi silinmiş “AKMS” markalı silah, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar olunub.


Müəllif: Hacı Zeynalov