19 Yanvar 2021 12:10
496
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Göytəpə kənd sakini N.Baratov saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Polis əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana da baxış keçirilib.

Oradan sellofan torbada ümumi çəkisi 415 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa, Salyan rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Çuxanlı kənd sakini S.Səməndərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov