Sabirabad rayonunun Surxayoba kəndi ərazisində yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, Rüstəmli kənd sakini M.Şükürov idarə etdiyi “QAZ-24” markalı avtomobili su kanalına aşırıb və nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bundan başqa, yanvarın 20-də saat 1 radələrində Sabirabad şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Y.Ataşov vurulub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Y.Ataşovun vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Suqovuşan kənd sakini H.Məmmədov müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.