22 Yanvar 2021 12:34
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, rayonun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini O.Əbülfəzov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolayrıcısına vurub.

Nəticədə sürücü və 4 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən biri orada ölüb.

Bundan başqa, yanvarın 21-də saat 19 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini A.Sərdarzadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həriki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov