22 Yanvar 2021 13:15
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində terror əməlləri törətməkdə təqsirləndirilən erməni əsilli Hagop Xajiryan və Hagop Abrahami Terzian barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verib.

Vəsatətə Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Hagop Xajiryan və Hagop Abrahami Terzian barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə), 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrorçuluq), 214.2.3-cü ( odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq), 279.2-ci (Dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, bu birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Hagop Xajiryan və Hagop Abrahami Terzian Livan vətəndaşlarıdır.

Hagop Xajiryan Beyrut şəhərində yaşayıb, orada fəaliyyət göstərən “Beynəlxalq Basketbol Federasiyası”nda işləyib. O, 10 oktyabr 2020-ci ildə Ermənistanın Yerevan şəhərinə, oradan da işğal altında olan Dağlıq Qarabağ ərazisinə gələrək qanunsuz silahlı birləşmənin tərkibində terror əməllərini törədib.

Hagop Abrahami Terzian 2020-ci ilin sentyabr ayının sonunda Ermənistana, oradan da işğal altında olan Dağlıq Qarabağ ərazisinə gəlib və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz silahlı birləşmənin tərkibində terror əməllərini törədib.


Müəllif: Hacı Zeynalov