24 Yanvar 2021 10:04
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki binada qeydə alınıb.

Binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.


Müəllif: Teleqraf.com