24 Yanvar 2021 23:26
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Xəlil Rza Ulutürk prospektində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində rayonun Beştalı kənd sakini, 1987-ci il təvəllüdlü Ağayev Ceyhun Alıkişi oğlu müxtəlif xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report