27 Yanvar 2021 13:36
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, rayonun Q.Qarayev prospektində Bakı şəhər sakini R.Manafov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İ.Litvinenkonu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov