Tehranın bəzi bölgələrində həyəcan siqnalları eşidilir.
Teleqraf.com-un məlumatına görə, bu barədə "Jamaran" agentliyi xəbər verib.
Agentlik qeyd edib ki, siqnalların səsi şəhərin qərb hissəsində eşidilir. Onun səbəbləri araşdırılır.
İran KİV-lərin verdiyi məlumata görə, İranın havadan müdafiə sistemində nasazlıq yaranıb. Tehranın qərbində, İmam Xomeyni aeroportu ətrafındakı ərazilərdə elektrik verilişi dayandırılıb. Aeroportda uçuşların dayandırıldığı deyilir.
Bildirilir ki, İstanbul-Tehran reysi ilə uçan təyyarə Tehran səmasında bir neçə dəfə dövrə vurduqdan sonra istiqamətini Bakıya doğru dəyişib.