2 Fevral 2021 12:46
515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mənsimovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 5 kiloqram 820 qram heroin və 292 qrama yaxın metamfetamin aşkar edilib.

E.Mənsimov və sərnişini, paytaxt sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıblar.


Müəllif: Hacı Zeynalov