2 Fevral 2021 13:18
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunun Mormor kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Cücənli kənd sakini M.Zeynalov idarə etdiyi “T-74” markalı traktoru dərəyə aşırıb.

Nəticədə sərnişini, Dördlər kənd sakini S.Məmmədov hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov