Quba rayonunda polis əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, Quba rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində dövriyyəsi qanunla qadağan edilmiş güclü təsir edici maddə olan “Tramadol” həblərinin qanunsuz olaraq satışında şübhəli bilinən rayonun Qırmızı qəsəbə sakini Arsen Abramov saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı Arsen Abramov həmin güclü təsir edici maddələri Şikar adlı şəxsdən əldə etdiyini bildirib.
Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Şikar Məmmədov da saxlanılaraq istintaqa təqdim olunub.
Həmin şəxs izahatında Arsen Abramovla tanışlığı olduğunu və həbləri ona satdığını etiraf edib.
Həmin şəxslərdən “Tramadol” həbləri aşkarlanıb.
Hər iki şəxs barəsində Quba rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.