3 Fevral 2021 12:50
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncənin Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhərin Cavadxan qəsəbəsində ümumilikdə 6 evdən oğurluq etmiş və cinayət izlərini itirmək məqsədi ilə həmin fərdi yaşayış evlərini yandırmaqda şübhəli bilinən Goranboy rayon sakini Arzu Məmmədov saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Araşdırmalar zamanı məlum olub ki, Arzu Məmmədov sonuncu dəfə qəsəbə sakini Anar Əliyevə məxsus fərdi yaşayış evinə daxil olaraq oradan 1030 manat dəyərində müxtəlif ev əşyalarını oğurladıqdan sonra cinayət izlərini itirmək üçün evi yandırıb və nəticədə vətəndaşa külli miqdarda ziyan vurub.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin əlavə 5 oxşar cinayət hadisəsi törətdiyi məlum olub.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər