6 Fevral 2021 11:25
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tərəfindən rayonun Təzəkənd kəndində yaşayan Qəşəm Orucovun evindən qanunsuz olaraq saxladığı 1 ədəd “TOZ-8” markalı tüfəng, həmin silaha aid 22 ədəd patron və 1 ədəd kustar üsulla hazırlanmış odlu silah aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər