Tərtər rayonunda əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Tərtər rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində İsmayılbəyli kənd sakini F.Həsənovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Bundan başqa, Tərtər rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xoruzlu kənd sakini R.Alışovun yaşadığı evə baxış zamanı oradan 1 kiloqram 848 qrama yaxın marixuana aşkar edilib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.