Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 6-da C.Mədətovanın çantasından 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini B.Dosiyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.