11 Fevral 2021 15:03
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Noxudlu sakini Əziz Əliyevin yaşadığı evdə qonaqların iştirakı ilə gizli şəkildə nişan mərasimi təşkil etdiyi müəyyən edilib.

Məclisin təşkilatçısı və iştirak edən 9 nəfər barəsində inzibati qaydada protokollar tərtib olunaraq hər biri 200 manat cərimə ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər